Bakı yaxınlığında zəlzələ baş verdi

Bu gün səhər saatlarında Bakı yaxınlığında, Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 06.32-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3,6, dərinliyi 57 kilometr olub. Zəlzələ paytaxtda hiss olunmayıb.

Müəllif | Apa.Tv
Apa.tv