Ukraynada separatçıların ərzaq dolu anbarı ələ keçirilib - GÖRÜNTÜLƏR
Ukrayna rəsmilərinin açıqlamalarına görə, Krımın Rusiyanın tabeçiliyinə keçməsindən sonra anoloji hadisələr ölkənin şərqinə sirayət edib. Tam silahlanmış şəxslər vilayətdəki inzibati binaları və infrastruktur obyektləri ələ keçirməklə Donbas ərazsində qarışıqlıq yaradıblar. Silahlı bandaya məxsus "Vostok" batalyonunun əyalətlərin birində olan sursat bazası zərərsizləşdirilib. APA TV-nin Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, döyüşlər zamanı silahlılar məntəqəni tərk edərək qaçmağa məcbur olublar. Qeyd edək ki , separatçılara məxsus "Vostok" batalyonu Ukraynanın keçmiş hüquq-mühafizə orqanlarına məxsus "Alfa" və " Berkut" dəstəsinin əməkdaşlarından və rusiyalı muzdlulardan ibarətdir.