Azərbaycanda Somadakı faciədən zərərçəkənlərə 30 957 manat yardım toplanıb
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən may ayının 14-də Türkiyədə Soma kömür mədənində baş vermiş faciədə zərər çəkənlər üçün başladılmış kampaniya çərçivəsində 30 957 manat vəsait toplanıb. APA TV-nin xəbərinə görə, bunu parlamentin plenar iclasında Novruz Aslanov deyib. Onun sözlərinə görə, toplanmış vəsait Türkiyə "Kızılay" təşkilatının hesabına köçürülüb. Kampaniyada bu günədək 80 nəfər iştirak edib. Onların arasında əsas yeri Milli Məclisin deputatları tutub: "Mən də Qızıl Aypara Cəmiyyəti sədri kimi fürsətdən istifadə edib bütün millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. O cümlədən biz informasiya dəstəyi verən APA İnformasiya Agentiliyinə və "Modern.az" saytına da öz minnətdarlığımı bildirmək isəyirəm".
Kampaniya iyun ayını 20-dək davam edəcək.