Kəmaləddin Heydərov Lerikdə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 30-da Lerikdə vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, Lerik rayon mədəniyyət evində baş tutan qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Nazirliyin müvafiq strukturları rəhbərlərinin, rayonların fövqalədə hallar komissiyaları sədrlərinin də qatıldıqları qəbul zamanı müraciətlərin əksəriyyətini işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər təşkil edib.

 

Qəbul zamanı Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlərini verib.

 

Gün ərzində 357 vətəndaşın müraciəti dinlənilib və onların əksər hissəsi elə yerindəcə öz həllini tapıb. Qəbul zamanı həmçinin bəzi vətəndaşlar tərəfindən şəxsi məsələlərlə bağlı müraciətlər olunub.

 

Müəllif | Apa.Tv