Oqtay Əsədov: "Müraciət etməyənlərin əfvi mümkün deyil"

Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən son iclasında cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkilləri bəzi təkliflərlə çıxış ediblər. APA TV-nin xəbərinə görə, bəzi millət vəkilləri sonuncu əvf sərəncamını müsbət qiymətləndirsə də, Tofiq Yaqublu, İlqar Məmmədov, Qurban Məmmədov, Əvəz Zeynallının və NİDA-çı gənclərin azadlığa buraxılmasını istəyiblər. Bu təkliflərə münasibət bildirən millət vəkili Əli Hüseynli deyib ki, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasındadır, hər kəs bu sahədə hüquqlarından istifadə edə bilər. Vitse-spiker Bahar Muradovam isə bunları deyib: "Bilirsiniz, biz hamımız Azərbaycanda yaşayırıq. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxmaq olmaz. Xalq bu hüququ heç kəsə verməyib və xalq bilir ki, ona nə lazımdır. Bir qisim adamın azadlığa buraxılmamasının Azərbaycanda barış siyasətinə mənfi təsir göstərdiyini söyləyənlər yanlış düşünürlər”.

 

Spiker Oqtay Əsədov bildirib ki, məhkəmə prosesləri başa çatmamış həm beynəlxalq, həm də bir sıra yerli QHT-lər, o cümlədən bəzi millət vəkilləri mənfi aspektdə çıxış edir: "AŞPA sədri də birinci çıxışında Azərbaycana hücumla başladı. O xanım çıxışlarında, mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı danışıb, bununla bağlı “Yeni Azərbaycan” qəzetindən başqa heç yerdə bir yazı görmədim.  Ancaq çıxışındakı tənqidi məqamlar əksini tapıb.

 

Spiker Oqtay Əsədov müraciət etməyən şəxslərin əfv edilməsinin mümkün olmadığını vurğulayıb.

 

Müəllif | Apa.Tv