Bakıda çürümüş halda meyiti tapılan kişinin öldürüldüyü müəyyələşib

Bakıda çürümüş halda meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub. APA TV-nin xəbərinə görə, məlum olub ki, Goradil bağlar massivində meyiti tapılan şəxsi tanışı öldürüb. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Müseyib oğlu Hüseynov onunla bir yerdə fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rusiya Federasiyanın vətəndaşı, qaçqın kimi Azərbaycanda yaşayan Xaron Şamiyevi ürəyindən bıçaqlayaraq, qətlə yetirib. E. Hüseynov sonra X. Şəmiyevin meyitini hadisəni törətdiyi yerdə basdırıb. Hadisəni törədən E. Hüseynov tutulub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polisdən hər iki şəxsin tüfeyli həyat tərzi keçirdikləri bildirilib.

Qeyd edək ki, mayın 28-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Goradil bağlar massivindən torpağa basdırılmış kişi meyiti tapıb.

Müəllif | Apa.Tv