Taner Yıldız: “Azərbaycan və Türkiyə arasında mühüm saziş imzalandı”
“Şahdəniz-2” və Trans-Anadolu qaz kəməri (TANAP) layihələrində Türkiyənin payının artırılması ilə bağlı razılaşma Türkiyə və Azərbaycan arasında yeni mərhələnin başlanğıcıdır. APA TV-nin məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı imzalama mərasimindən sonra mətbuat konfransında deyib.
“Azərbaycan özünün enerji strategiyasını başlayanda "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsində Türkiyənin payı cəmi 5 faiz idi. Lakin ulu öndər Heydər Əliyev o zamanlar Türkiyə ilə dostluğu, qardaşlığı nəzərə alaraq, Azərbaycanın payından 1,75 faizini TPAO-ya verdi”.
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə bildirib ki, Türkiyə və Azərbaycan arasında çox önəmli sazişə imza atılıb. Nazir deyib ki, TANAP həm Avropa blkələri, həm də Türkiyə üçün vazkeçilməz layihədir.
"Siyasi qeyri-sabitliklər TANAP-ı daha vacib edib. Bu baxımdan, 2018-ci ilin sonunda "Şahdəniz" qazı Türkiyədə ümumilikdə istifadə olunan qazın 25 faizini təşkil edəcək. Hazırda bu səviyyə 15 faizə yaxındır".
Taner Yıldız məlumat verib ki, Türkiyə “Şahdəniz-2” və TANAP layihələrində payının artırılması qarşılığında 1 milyard 450 milyon dollar ödəyəcək.
Xatırladaq ki, ötən gün ürkiyənin İstanbul şəhərində “Şahdəniz-2” və “TransAnadolu” Təbii Qaz Boru Kəməri (TANAP) layihələrində payların artırılması ilə bağlı imzalanma mərasimi keçirilib. İmzalanan müqavilələrə əsasən Türkiyə tərəfinin “Şahdəniz 2” layihəsindəki payı 9%-dən 19%-ə, TANAP layihəsindəki payı isə 20%-dən 30%-ə qədər artırılıb. Azərbaycanın ən böyük təbii qaz yataqlarından biri olan "Şahdəniz-2”dən çıxarılacaq qazın 2019-cu ildən etibarən TANAP ilə Türkiyəyə, oradan da Avropaya çatdırılması planlaşdırılır. İllik 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə öz daxili istehlakı üçün istifadə edəcək. 10 mlrd. kubmetr qaz isə “TransAdriatik” Qaz Boru Xətti (TAP) ilə Avropaya daşınacaq.