Hələbdə məscid bombalanıb, çoxlu sayda ölən və yaralanan var

Suriyanın şimalındakı Hələb şəhərində Meydan yaşayış məhəlləsi atəşə tutulub. Mərmilərdən bir neçəsi məscidə düşüb. Əhali həmin vaxt namazdan çıxırmış.

İlkin məlumata görə, raket atəşi nəticəsində azı 10 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Dəməşq yaxınlığındakı qaçqın düşərgəsinə mərmi düşüb. Nəticədə biri 4 yaşlı uşaq olmaqla iki nəfər ölüb, 9 adam xəsarət alıb.

Dəməşqin Şərqi Quta rayonunda isə hökumət və müxalifət qoşunları arasında ağır döyüşlər gedir. Hökumət qoşunları ötən gün yuxarı sinif şagirdlərini bölgədən çıxarıblar. Buraxılış siniflərinin 450 şagirdi imtahanlarını Dəməşqdə verməli olacaq.
 

Müəllif | Apa.Tv
Apa.tv