“20 yanvar” yaxınlığında yanğın!

Paytaxtda ticarət mərkəzində yanğın olub. Səhər saatlarında baş verən yanğın “20 yanvar” metro stansiyası yaxınlığında, Respublika Klinik Xəstəxanasının yanındakı kiçik ticarət mərkəzində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə yerinə birinci çağırışla 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb.


Hadisə nəticəsində xəsarət alan olmasa da, ticarət mərkəzinə ciddi maddi ziyan dəyib. İlkin ehtimala görə, hadisəyə elektrik xətlərindəki nasazlıq səbəb olub. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv