Moskvada kütləvi dava: 450 miqrant bir-biri ilə dalaşıb

Moskvada 450 miqrantın iştirakı ilə kütləvi dava olub. İTAR-TASS agentliyinin xəbərinə görə, baş vermiş hadisə ilə bağlı Moskva polisi araşdırmalara başlayıb.

Kütləvi dava "Moskva-Siti" tikinti meydançasında qeydə alınıb.

Moskva polisinin mətbuat xidmətinin məlumatına görə, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Müxtəlif ölkələrdən 450 nəfər miqrantın iştirakı ilə baş kütləvi dava ilə bağlı saxlananlar var.

Faktla bağlı cinayət işi qaldırılıb.

Müəllif | Apa.Tv
Apa.tv