"OKA" yoldan çıxaraq aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini, 33 yaşlı Azər Mustafayevin idarə etdiyi “OKA” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində ölüb, maşında olan sərnişinlər - 41 yaşlı Elman Verdiyev və 12 yaşlı Teymur Mustafayev müxtəlif bədən xəsarətləri alaraq, Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.