Bakının iki mərkəzi yolu bağlanır
Bu gün Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bunu APA TV-yə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, axşam saat 22:00-da Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində yolun xətlənməsi işləri aparılacaq. Bildirilib ki, Üzeyir Hacıbəyov küçəsindən istifadə edənlər alternativ olaraq 28 May küçəsinə üstünlük verməlidirlər.