İtkin düşmüş İlham Qudavasovun meyiti tapılıb
3 gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb. Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, mayın 27-də rayonun Püştətala kənd sakini İlham Qudavasovun itkin düşməsi barədə ailəsi polisə məlumat verib. Mayın 30-da isə onun üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti Alazan çayında tapılıb. Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.