Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib. APA TV-nin məlumatına görə, qəbulda yaxın zamanlarda fəaliyyətə başlayacaq Fransadan olan həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv