"Taksim meydanı" hadisələrinin ildönümü: İstanbulda iğtişaşlar baş verdi

İstanbulda polis və etirazçılar arasında toqquşmalar olub. APA TV-nin məlumatına görə, etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş tutmuş kütləvi etirazların ildönümü ilə əlaqədar təşkil olunub. Toqquşmalar İstanbul,  Türkiyənin paytaxtı Ankara, Adana və bir sıra şəhərlərdə baş verib.  İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb.

 

Saxlanılan və xəsarət alanlar barədə məlumat verilmir.  

 

Qeyd edək ki, baş nazir Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edən hər kəsin saxlanılacağını bəyan edib.

Müəllif | Apa.Tv