Ukrayna ordusu separatçıları havadan atəşə tutdu
Ukraynanın Slavyansk şəhəri ətrafında, eyni zamanda bir neçə yerdə intensiv döyüşlər gedir. APA TV-nin məlumatına görə, Ukrayna ordusu əməliyyatlara 8 hərbi helikopter cəlb edərək separatçıların mövqelərini pulemyotlardan atəşə tutub. Separatçıların qərargahından verilən məlumata görə, yerli sakinlər arasında 2 nəfər həlak olub.
Məlumata görə, döyüşlər Xarkov-Rostov magistral yolunun Krasnıy Liman yaşayış məntəqəsinə dönən hissəsində, Kramatorsk aerodromu yaxınlığında, Çervonıy Moloçar qəsəbəsi və Andreyevski postu yaxınlığında gedir.