Rusiyanın yüksək vəzifəli rəsmiləri helikopter qəzasında öldülər

Rusiyanın Murmansk vilayətində göyərtəsində 18 sərnişin olan Mi-8 helikopteri qəzaya uğrayıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, helikopter “SPARK” şirkətinə məxsus olub. İlkin məlumata görə, helikopterin göyərtəsindəkilər yerli məmurlar olublar. Sərnişinlər və heyət üzvlərindən cəmi 2 nəfəri sağ qaldığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilir. Qalan 16 nəfərin öldüyü ehtimal olunur. Ölənlər arasında Murmansk vilayətinin qubernatoru da var.  Helikopterin gölə düşdüyü bildirilir.

 

Müəllif | Apa.Tv