Qadın sürücü ağır qəza törətdi
BakI-Qazax magistral yolunun Ucar rayonun Kürkənd kəndindən keçən hissəsində ağır yol qəza hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Şəmkir rayon sakini, 1958 təvəllüdlü Şəfiyeva Ofeliya Fuad qızı idarə etdiyi "KİA" markalı avtomobildə idarə etməni itirib. Yüksək sürətlə idarə edilən avtomobil aşıb. Nəticədə Şəfiyeva Ofeliya Fuad qızı və sərnişin - Şəmkir rayon sakini 1992-ci il təvəllüdlü Yadigarlı Şəbnəm Turan qızı ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırııblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparlır. Ofeliya Şəfiyava Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühasibidir.