AKP Ağrı və Yalova bələdiyyəsinə seçkiləri uduzdu

Türkiyədə nəticələri ləğv edilən 13 seçki mərkəzində təkrar bələdiyyə seçkisi keçirilib. APA TV-nin məlumatına görə, 14 bölgədə keçirilən bələdiyyə seçkilərinin nəticələri məlum olub. Yalovada seçkini CHP-nin namizədi Vefa Salman, Ağrıda isə BDP-nin namizədi Sırrı Sakık qazanıb.

Eyni zamanda  Kastamonu-Çatalzeytində AKP-nin, Eskişehir-Mahmudiyədə CHP-nin, Niğde-Bağlamada CHP-nin, Çankırı-Şabanözüdə MHP-nin, Çorum - Ortaköy - Aştavulda CHP-nin, Bitlis -Güroymak BDP-nin, Bayburt - Aydintepe MHP-nin, Aydın -Buharkentdə AKP-nin, Erzincan - Tercan - Çadırkayada SP, Tokat - Yeşilyurtda AKP-nin namizədi seçkini qazanıb.

Qeyd  edək ki, Türkiyədə bələdiyyə seçkisi bu ilin martında keçirilib. 

Müəllif | Apa.Tv