Brüsseldə yəhudi muzeyində 4 nəfəri öldürən terrorçu saxlanılıb
Belçikanın paytaxtı Brüsseldəki yəhudi muzeyinə silahlı hücum edən terrorçu saxlanılıb. APA TV-nin məlumatına görə, Marsilya şəhərində tutulan 29 yaşlı Fransa vətəndaşı Mehdi Nemmocenin Suriyadakı radikal dini qruplardan birinin üzvü olduğu müəyyən edilib.
Belçika polisi tərəfindən əldə edilən təhlükəsizlik kamerası görüntülərində üzünü bağlayacaq şəkildə papaq taxan bir nəfərin muzeyin olduğu binaya girdiyi, çantasından çıxardığı "Kalaşnikov" avtomatı ilə bir çox dəfə atəş etdiyi açıq-aydın görüntülənib.
Qeyd edək ki, Brüsseldə Yəhudi muzeyində baş vermiş atışma zamanı 4 nəfər ölüb.