Bakıda azyaşlı sürücü "Toyota"nı "Lexus"ə çırpdı

Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, zəncirvari qəzada 3 maşın -  "Toyota", "Lexus" və "Hyundai"  toqquşub. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Toyota"nın azyaşlı sürücüsü səbəb olub. O, idarə etdiyi avtomobili əvvəlcə "Lexus"a, daha sonra isə "Hyundai"ya çırpıb. Yüngül xəsarət alan azyaşlı sürücü 1 saylı şəhər klinik xəstəxanasına aparılıb.

 

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Onlar evakutorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv