Bakıda doğuş zamanı ana və körpəsi öldü
Bakı şəhəri, Suraxanı rayon 3 saylı Doğum evində ana və uşaq ölümü qeydə alınıb. Doğum Evinin şöbə müdiri Nazilə Abdullayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, hadisə ötən gün qeydə alınıb. Bildirilib ki, 33 yaşlı Aynurə Vəliyevanın ikinci hamiləliyi olub. Ana və körpə emboliya səbəbindən dünyasını dəyişib. Hazırda məsələ Doğum evində araşdırılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, hazırda faktla bağlı sənədlər toplanılır. Onun sözlərinə görə, hadisəyə ilkin olaraq emboliyanın səbəb olması göstərilir. Dəqiq nəticələr məsələ Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırıldıqdan sonra məlum olacaq.