Luqanskda sərhəd dəstəsinə hücum: 5 ölü, 16 yaralı

Luqanskda Ukrayna sərhəd dəstəsinin binasına hücumlar davam edir. Silahlı hücumda şəxsiyyəti məlum olmayan 500-dən çox şəxsin iştirak etdiyi bildirilir. 10 saatdan artıq davam edən qarşılıqlı atışmada 8 sərhədçi yaralanıb, onlardan 3 nəfərin vəziyyəti ağırdır. Hücum edənlərdən 5 nəfər öldürülüb, 8 nəfər yaralanıb. Sərhəd dəstəsinin binasını hücumla ələ keçirməyə 4 cəhd edilib, hücum edənlər minaatan və iri kalibrli pulemyotlardan istifadə edirlər. Hücum edənlərə kömək üçün əlavə qüvvələr göndərilir. Ukrayna Dövlət Sərhəd Xidməti ölkənin Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının hələ də Luqanskdakı sərhəd dəstəsinə kömək göndərmədiyini açıqlayıb. Sərhəd dəstəsinə kömək üçün qırıcı təyyarə göndərilsə də, o şəhərdəki hədəflərə dəqiq atəş aça bilmədiyindən geri qayıdıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı