Lənkəranda köməksiz qalmış 3 yeniyetmə qız xilas edilib

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mənzildə köməksiz qalmış şəxsləri xilas ediblər. APA TV-nin məlumatına görə, hadisə Lənkəran rayonunun Digah kəndində qeydə alınıb. Kənd sakini Məleykə Ramazanova nazirliyin “112” qaynar xəttinə zəng edərək evinin giriş qapısının bağlandığını və ailə üzvləri ilə birlikdə bağlı qapı arxasında qaldıqlarını bildirib. Müraciət əsasında FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi təhlükəsizlik qaydalarına riayət etməklə birmərtəbəli fərdi yaşayış evinin giriş qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Ev sahibəsi və onun ailə üzvləri, 16 yaşlı Gülnar Ramazanova, 12 yaşlı Səmilə Ramazanova, eləcə də 17 yaşlı Yeganə Ramazanova sağ-salamat xilas ediliblər.  

Müəllif | Apa.Tv