Güclü külək Bərdədə ciddi fəsadlar törədib

Bərdədə müşahidə olunan küləkli hava şəraiti rayonun bir sıra yaşayış massivlərində ciddi fəsadlar törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, şəhərin mərkəzi hissəsində və bir neçə kənddə ağaclar aşıb, elektrik xətləri və sakinlərə məxsus yaşayış evlərinin dam örtüyü sıradan çıxıb. Rabitə və yüksək gərginlikli elektrik  xətlərinə də zərər dəyib. Rayonun bir hissəsinin qaz təchizatında da problemlər meydana gəlib. Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası dəymiş ziyanı hesablayır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün aidiyəti qurumlar yerlərdə fəaliyyət göstərir. 

Müəllif | Apa.Tv