İranda dəhşətli qum qasırğası: 5 ölü, 30 yaralı
İranın paytaxı Tehranda rekord gücdə qum qasırğası nəticəsində azı 5 nəfər ölüb, 30 adam xəsarət alıb. Qasırğa yerli vaxtla saat 17.30-da qəfildən başlayıb. Teranın küçələrində ağaclar qırılıb, binalara və elektrik xətlərinə ziyan dəyib. Küləyin sürəti saatda 120 kilometrə çatıb.
"Mehrabad" beynəlxalq hava limanında bir neçə reys təxirə salınıb. Sonradan təyyarələrin uçuşu bərpa edilib.
Hökumət televiziya vasitəsilə əhalini küçələrə çıxmamağa çağırıb.
Qeyd edək ki, fırtına küləyin sürəti saatda 119 kilometri ötdükdə qasırğaya çevrilib. Küləyin sürəti saatda 120 kilometri aşdıqda isə qasırğaya təbii fəlakətin dərəcəsini göstərən Saffir-Simpson şkalası üzrə birinci kateqoriya verilir.