Ukraynada qanlı döyüşlər: xeyli ölən var

Ukrayna ordusuna məxsus təyyarələr ölkənin şərqindəki Luqansk vilayətində separatçıların nəzarətində olan administrasiya binasını bombalayıb. APA TV-nin məlumatına görə, separatçılar bombardman nəticəsində 7 nəfərin öldüyünü, 10-a adamın yaralandığını açıqlayıblar. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb edilib, yanğınsöndürənlər binada başlayan yanğına müdaxilə ediblər.

 

Ordu ilə silahlı separatçılar arasında gedən döyüşlər mülki əhali arasında vahiməyə səbəb olub. Bəzi luqansklılar sığınacaqlara enib, bəziləri isə evlərini tərk edərək Ukraynanın daha təhlükəsiz bölgələrinə qaçmağa başlayıblar.

 

Qeyd edək ki, ötən gün səhər saatlarında Luqanskda separatçılar sərhəd xidmətinin idarəsinə hücum etmişdilər. Saatlarla davam edən toqquşmalar zamanı ölənlər olmuşdu.

 

Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında da qanlı döyüşlər olub. Separatçıların yaydığı məlumata görə, toqquşmalar nəticəsində üç nəfər ölüb.

 

Müəllif | Apa.Tv