İstanbulda daşqınlar: sel avtomobilləri apardı

Türkiyədə intensiz yağan dolu və leysan nəticəsində daşqınlar baş verib. APA TV-nin "Hürriyət" qəzetinə istinadən xəbərinə görə, müxtəlif yerlərdə selin hündürlüyü yarım metrə qədər yüksəlib. İstanbulun bir neçə küçəsi sel sularının təsirinə məruz qalıb. Qurbağalıdərədə iki avtomobil su altında qalıb. Sel sakinlərin gözü qarşısında avtomobili sürüyüb aparıb. Hadisəni həvəskar kameranın yaddaşına köçürüb.

 

Yağışlar bazar gününə qədər davam edəcək. Rəsmilər bildirib ki, qısa müddətdə böyük miqdarda yağışlar yağacağından şəhər mərkəzində yeni daşqınların olacağı gözlənilir. Ölkənin digər əyalətlərində də daşqınlar olub. Çətin vəziyyətdə qalan insanlar xilas edilib. Xəsarət alanların olmadığı bildirilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı