Bakıda keçidin uçması nəticəsində bağlanan yol açılıb

Salyan şosesində piyada keçidinin uçması nəticəsində bağlanan yol səhər saatlarında açılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-indən verilən məlumata görə, ərazidə dörd qaldırıcı kran var olmasına baxmayaraq, piyada keçidini yolun hərəkət hissəsindən kənarlaşdırmaq çətin olub. Buna görə də keçid qaynaq aparatı ilə dörd hissəyə bölünüb və hadisə yerinə 130 ton yükgötürmə qabiliyyətinə malik olan kran gətirilib. Bundan sonra metal və beton qalıqları ərazidən kənarlaşdırılıb.

 

APA TV-nin xəbərinə görə, iyunun 2-də axşam saatlarında Səbail rayonu ərazisində, Bakı-Salyan şosesində " yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, keçid “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində Bakı-Salyan şosesi bağlanıb.

 

Müəllif | Apa.Tv