Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Oktyabrda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təşəbbüsü ilə Avropa Parlamentinin binasında beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA TV-yə açıqlamasında Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib.
O qeyd edib ki, konfransın məzmunu ermənilərin gələn il 100 illiyinə hazırlaşdıqları qondarma “erməni soyqırımı”na və eyni zamanda ermənilərin özləri tərəfindən törədilən Xocalı soyqırımına hüquqi qiymətin verilməsi olacaq: “Bu konfransın keçirilməsində bizə Avropadakı dostlarla yanaşı, Azərbaycan və Türkiyə dövlətləri, eyni zamanda hər iki ölkədən olan deputatlar dəstək olurlar. Konfransda Avropanın, eləcə də dünyanın digər ölkələrindən parlamentarilər, ekspertlər və siyasətçilər qatılacaqlar”.
Ayhan Dəmirçi qeyd edib ki, konfransın yekunu olaraq Avropa parlamentinə və digər beynəlxalq təşkilatlara sənədlər qəbul olunub göndəriləcək.