Astarada 5 yaşlı oğlan qır quyusuna düşərək ölüb

Astarada 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.

 

Rayonun Səncərədi kənd sakini, 2009-cu il təvəllüdlü Cəsarət Ədalət oğlu Babayev ehtiyatsızlıqdan qır quyusuna düşərək ölüb.

 

Hadisə yerinə gələn Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları C. Babayevin cəsədini quyudan çıxarıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv