Mingəçevirdə 27 yaşlı oğlan amansızlıqla qətlə yetirilib

Mingəçevir şəhər sakini qətlə yetirilib. Şəhər Polis Şöbəsindən APA TV -yə verilən məlumata görə, hadisə iyun 2-də şəhərin Təbriz küçəsi 50/2 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Tural Quliyev evində meyiti tapılıb.  Qonşular hadisə barədə şəhər Polis Şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib. Tural Quliyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Zahid Abışov