Lənkəranda yaşayış evinə ilanlar hücum edib
Lənkəranda yaşayış evində ilanlar peyda olub. Bu barədə APA TV-nin cənub bürosuna rayonun Rvo kənd sakini Xankişi Məmmədov məlumat verib. Onun sözlərinə görə, ötən gecə yaşadığı evin ikinci mərtəbəsinə çıxarkən iki ilanın bir-birinə sarılaraq, gəzdiyini görüb.
9 nəfərin yaşadığı ikimərtəbəli evdə indiyədək belə bir hadisənin baş vermədiyini söyləyən ev sahibi ailə üzvlərinn şoka düşdüyünü söyləyib. Aralarında azyaşlıların da olduğu ailə həyətdə gecələməliyib.
Məlumata görə, evin birinci mərtəbəsindəki pəncərəni sökərkən xeyli ilan qabığı da aşkarlanıb. Vəziyyətin ciddiliyini nəzərə alan kənd sakinləri bu barədə müvafiq qurumlara məlumat veriblər.
Qeyd edək ki, öldürülən ilanların uzunluğu 1-1,2 metr olub. Onların qızılı rəngə çalması isə zəhərli olmasına dəlalət edir.