Yağış Qarabağ bölgəsində ciddi fəsadlara yol açıb
Qarabağ bölgəsinə düşən yağıntı məhsul sahələrinə xeyli zərər vurub. APA TV-nin məlumatına görə, ən çox ziyan dənli bitki zəmilərinə dəyib. Artıq yetişmiş arpa sahələrinə yağış və dolu düşməsi nəticəsində dənin bir hissəsi sünbüllərdən tökülüb. Güclü küləklə müşahidə olunan yağmur sünbülün ağırlığına güclə tab gətirən zəmilərin yatmasına səbəb olub. Fermerlərin sözlərinə görə, taxıl və arpa növlərindən asılı olaraq bəzi sahələrdə yetişmiş məhsulun yarısı torpağa tökülüb.
Təbii fəlakət bostan-tərəvəz bitkilərindən də yan keçməyib. Kəndlilər deyirlər ki, hava şəraiti imkan versə, məhsulu vaxtında götürmək problem deyil. Amma yağıntı davam etsə, bol məhsul götürmək mümkün olmayacaq.