Bakıda sürət həddinin aşan sürücü qəza törətdi
Bakının Nəsimi rayonunda sürət həddini aşan sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Tofaş” Hyundai”la toqquşub. Qəza zamanı sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisini Nəsimi Rayon Şöbəsini əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar nəticəsinə məlum olub ki,”Tofaş”ın sürücüsü avtomobli yüksək sürətlə idarə edərək, yolda neçə dəfə qəza şəraiti yaradıb.
Hər iki avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Nəsimi Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.