Niderlandda “Shell”ə məxsus kimyəvi zavod yanır

Niderlandın Rotterdam şəhəri yaxınlığında “Shell” şirkətinə məxsus kimyəvi zavodda baş vermiş bir neçə partlayışdan sonra güclü yanğın başlayıb. APA -nın “BBC”yə istinadən verdiyi xəbərə görə, zavoddakı yanğını və qatı tüstünü onlarla kilometr aralıdan seyr etmək mümkündür. “İTAR-TASS”ın verdiyi xəbərə görə isə hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər hazırda alovun yayılmasının qarşısını ala bilib.  

  

Müəllif | Apa.Tv
Apa.tv