Tümendə azərbaycanlını öldürən çeçen xəstəxanada qətlə yetirildi – QAN DAVASI

Tümendə azərbaycanlılarla osetin və çeçenlər arasında münaqişə baş verib. “Bakı” kafesinə gələn 3 osetin və 1 çeçen obyektin sahibinin qohumu Atəş Qurbanovla mübahisə ediblər. Mübahisə zamanı Atəş Qurbanov ağır bıçaq yarası alıb. Yaralı təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu zaman davada yaralanan çeçen də həmin xəstəxanaya gətirilib. Affekt vəziyyətində olan Qurbanovun qohum və dostları yaralı çeçenə hücum ediblər. Çeçeni döyən azərbaycanlılar sonar onu həyətə çıxararaq bıçaq zərbələri iləı öldürüblər. Hər iki fakt üzrə “qətl” və “qrup şəklində qətl törətmək” maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv