İmişlidə "KamAZ"la "Mercedes" toqquşdu: 3 yaralı

İmişlidə yük və minik maşınları toqquşub, 3 nəfər xəsarət alıb. Avtoqəza ötən gün Heydər Əliyev Prospektində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Zaur Manafovun idarə etdiyi "KamAZ" markalı yük maşını qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı minik avtomobilində olan 3 nəfər -  Xəyal Teymurov, Ağa Həmidli və Kənan Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Xəyal Teymurovun vəziyyəti ağırı olduğu üçün Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı