Donetsk hava limanı bağlandı
Donetsk beynəlxal hava limanının bağlanması ilə bağlı qərar verilib. APA TV-nin xəbərinə görə, Ukrayna Dövlət Aviasiya Xidmətinin rəsmi açıqlamasında bildirlib ki, hava limanının bağlanması sərnişinlərin təhlükəsiliyinin təminatı ilə əlaqədardır: "Baş verən hadisələr bəzən sərnişinlərin təhlükəsizliyini təmin etməyimizdə maneələr yaradır. Bu səbəbdən də iyunun 30-dək hava limanının bağlanması qərarına gəldik" .
Prezident seçkiləri ərərfəsində hava limanının bağlanacağı bildirilsə də, xəbər rəsmi təsdiqini tapmamışdı .
Qeyd edək ki, bu günədək hava limanında baş vermiş silahlı qarşıdurmalarda 200 nədərin öldüyü bildirlir.