“Vaqif Bakinskiy” ləqəbli azərbaycanlı avtoritet “Butırka”da gürcü “qanuni oğrunu” döyüb


Rusiyanın məşhur “Butırka” istintaq təcridxanasında kriminal aləmdə “Cemo” ləqəbi ilə tanınan 39 yaşlı Camal Mikeladzenin taleyi həll olunub. Düşmən klandan olan opponentləri - azərbaycanlı kriminal avtoritet Vaqif Süleymanov və 30 yaşlı gürcü Zviad Ozmanovla üz-üzə gələn “Cemo” onlar tərəfindən döyülüb. APA TV-nin “Vesti.az”a istinadən yaydığı məlumata görə, “Vaqif Bakinskiy” ləqəbi ilə tanınan azərbaycanlı avtoritet Camal Mikeladzeni döyüb. Bununla bağlı həbsxanalarda yayılan “proqon”da bildirilir ki, Cemo Mikeladze “Butırka”ya gəldikdən sonra o “oğrular” arasında törətdiyi əməllərə görə mühakimə olunub, döyülüb və kriminal aləmdə bütün adlardan məhrum edilib. “Proqon”da qeyd olunur ki, “Cemo”nun taleyini onun əməllərinə uyğun olaraq azadlıqda olan oğrular həll edəcəklər.
 

Müəllif | Apa.Tv
Apa.tv