Bakıda avtodayanacaq yandı: Polis maşını külə döndü
Bakının mərkəzində Xəqani küçəsi 53 ünvanda "Pirosmanı" restoranının yaxınlığında qapalı avtodayanacaqda güclü yanğın baş verib. APA TV-nin Vesti.az-a istinadən verdiyi məlumata görə, avtodayanacağın VİP hissəsində qeydə alınıb. Yanğın nəticəsində iki avtomobil - "VAZ 21 099" və "FİAT" tamamilə yanıb. Qeyd edək ki, "FİAT" Daxili İşlər Nazirliyinin post-patrul xidmətinə aiddir. İki avtomobilə də yanğın nəticəsində ciddi ziyan dəyib. Hadisə yerinə gələn yanğınsöndürən briqadası yanğının qarşısını alıb. Yanğının baş vermə səbəbləri araşdırılır.