Lənkəranda ağır qəza: 1 ölü

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyunun 4-də Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində  qeydə alınıb. Lerik rayonunun Piran kənd sakini, 43 yaşlı Qafur Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil Lənkəran rayonunun Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü hadisə yerində ölüb.

 

İlkin versiya kimi hadisənin “VAZ-2106” -nın Lerik rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Niva”-ın qarşısına çıxması nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.
 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb,  araşdırma aparılır.

Müəllif | Apa.Tv