Bakıda yağışlı hava şəraiti davam edəcək
Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayın 5-də gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimal var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə bildirib ki, hava şəraitinin ancaq gündüz saatlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi ayın 6-da cənub şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz saatlarında 25-30 dərəcə arasında dəyişiləcəyi gözlənilir. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. "Havanın temperaturu aran rayonlarında gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə, dağlıq rayonlarda isə 19-24 dərəcə isti gözlənilir". Temperaturun aşağı düşməsi və sərin hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.