Prezident İlham Əliyev Türkiyəyə gedib

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.


Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv