Qaxda yük maşını yanıb
Qaxda yük maşını yanıb. APA TV-nin məlumatına görə, bu gün axşam saatlarında Qax-Şəki yolunun 4-cü kilometrliyinin Qax rayonu ərazisindən keçən hissəsində Kürmük çayı üzərindəki körpüdə yük avtomobilində yanğın baş verib. Zaqatala rayon sakini Mehdiyev Bəkir Cəmaləddin oğlunun idare etdiyi "KamAZ"markalı avtomobillə anidən avtomobilin kabinə hissəsinin alışdığını görüb. Alov bir anda "KamAZ"ın kabinə hissəsini bürüyüb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub, yanğınsöndürənlərin səyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb. Yanğının baş verdiyi Qax-Şəki yolunda qısa müddətli tıxac da yaranıb. Sürücünün sözlərinə görə, yanğın maşının alt hissəsindən başlayıb və bir anda kabinəni bürüyüb.