Bəşər Əsəd prezident elan edildi, Dəməşqdə qan töküldü

Suriyanın tarixində ilk dəfə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə görə, ölkənin fəaliyyətdə olan prezidenti Bəşər Əsəd seçkidə qalib gəlir. Suriya parlamentinin spikeri Məhəmməd əl-Ləham bildirib ki, Bəşər Əsəd səslərin 88,07 faizini qazanıb.

 

Çərşənbə axşamı keçirilən seçkilərdə seçici fəallığı 73,44 faiz olub. Səsvermədə 15 milyondan ölkə vətəndaşından 11,6 milyon nəfəri iştirak edib.

 

ABŞ və Avropa Birliyi Suriyadakı seçkilərin nəticələrini tanımayıblar. Onlar bəyan ediblər ki, seçkilər legitim deyil. Rusiyalı müşahidəçilər isə seçkidə qanun pozuntuları aşkarlamadıqlarını bildiriblər.

 

Prezident seçkilərinin ilkin nəticələri elan edildikdən sonra Dəməşqdə Bəşər Əsəd tərəfdarlarının bayram tədbirində qan tökülüb. Əsəd tərəfdarlarının sevincdən atəş açması nəticəsində azı 3 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

 

 

Müəllif | Apa.Tv