Tərtərdə maşın oğruları yaxalandı

Tərtərdə maşın oğruları yaxalanıb. Bu ilin mart ayının əvvəlində Bakıda yaşayan Ağdam rayon sakini Camal Vəliyev ona məxsus maşının Tərtərin İrəvanlı kəndi ərazisindən oğurlanması haqda polisə müraciət edib. APA TV-nin xəbərinə görə, Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupunun rəhbəri, polis kapitanı Elvin Kərimov bildirib ki, aparılan araşdırmalar nəticəsində şübhəli şəxslər yaxalanıb: "Tərtər rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Camal Vəliyevə məxsus "Mercedes"avtomaşınını Bərdə rayon sakinləri İsmayilov Ramal İbrahim oğlu və Mehdiyev Elmeddin Sabir oğlu ələ keçirərərk soyğunçuluq ediblər".

 

Qaçırılmış nəqliyyat vasitəsinin yeri də müəyyən edilərək maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb.

 

 

Müəllif | Apa.Tv