İmişlidə ağır qəza: Ər-arvad öldü, azyaşlı nəvə ağır vəziyyətdədir

İmişlidə ər və arvadın ölümü ilə nəticələnən avtoqəza baş verib. İmişli rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, qəza ötən gecə saat 24.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. Soltanmuradlı kənd sakini 60 yaşlı Əzizalıyev Fəxrəddin idarə etdiyi "Mercedes" markalı  avtomobillə  hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşaraq, yoldan kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və  həyat yoldaşı, 59 yaşlı Gülnar Əzizalıyeva aldığı  xəsarətdən ölüb. Avtomobildə olan 6 yaşlı nəvə - AyxanƏzizalıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı