Bakıda yarışan iki sərnişin avtobusu toqquşdu: 12 yaralı

Bakıda iki sərnişin avtobusu toqquşub. APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev metrosunun yaxınlığında, “Ruslan” marketin qarşısında qeydə alınıb. Sərnişin avtobusları 36 və 1 saylı xətlər üzrə hərəkət edib.

 

"Biz işıqforun qırmızı işığında dayanmışdıq. 07 markalı avtomobil qarşımızda idi, onun qarşısında bir avtomobil dayanmışdı. Yaşıl yanan zaman arxadan gələn marşurut hansı sürətlə gəlirdisə elə həmin sürətlə gəlib bizə çırpıldı".

 

Zərbədən 1 saylı avtobus qarşıda dayanan "VAZ 21 07" markalı avtomobilə çırpılıb. Sürücü Elmar Əliyev bildirib ki, xəsarət alanların hamısı 36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun sərnişinləri olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, zəncirvarı qəza nəticəsində 12 nəfər xəsarət alıb. Onların 2-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır. Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Müəllif | Apa.Tv