Ağdamda 16 yaşlı oğlan özünü bıçaqladı
Ağdam sakini özünə bıçaqla xəsarət yetirib. 1998-ci il təvəllüdlü Həsən Cəfərov özünə kəsici alətlə yaralayıb. Kəsilmiş-deşilmiş yaralarla Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralınının həyatını cərrahi müdaxilədən sonra xilas etmək mümkün olub. O, atası ilə mübahisə etdikdən sonra özünə bıçaqla xəsarət yetirdiyini desə də, yaxınları onun yıxılaraq qarın nahiyəsindən xəsarət alıdığını bildiriblər. APA TV-nin xəbərinə görə, həkimlər bildirib ki, Həsən Cəfərovun bədənindəki yara bıçaq xəsarəti olub. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.